Ronaldonun şərəfinə aeroport adlandırılacaq

22:22 23 İyul 2016

Avropa Çempionatından sonra doğma ölkəsində qəhrəmana çevrilən Kriştianu Ronaldonun şərəfinə Madeyradakı aeroportun adını dəyişəcək.

Qeyd edək ki, Ronaldo bu adada dünyaya göz açıb. Madeyra adasının regional başçısı Migel Albukerke bu xəbəri oyunçunun Funşal şəhərinə səfəri zamanı bildirib. Funşal şəhərində Ronaldonun 5 ulduzlu oteli fəaliyyətə başlayıb.

Aeroport bundan sonra belə adlanacaq: “Aeroport Madeyra Kriştianu Ronaldo”

Oyunçunun Medayra adasında muzeyi və heykəli də var.


Digər xəbərlər

Xəbər xətti