Türkiyəli futbolçu Hollandiya klubunda

23:10 23 İyul 2016

Gənc türkiyəli futbolçu Enes Ünal yeni mövsümdən Hollandiya çempionatında çıxış edəcək.

“Mançester Siti”yə məxsus 19 yaşlı hücumçu “Tvente”yə icarəyə verilib. İcarə müddəti isə 1 ildir.

Qeyd edək ki son mövsümün əvvəlində “Gent”ə icarəyə verilən Enes Ünal, son 6 ayı Eredivizidə “NAC Breda” formasında keçirdiyi 14 oyunda 9 qol vurmağı bacarmışdı.


Digər xəbərlər

Xəbər xətti