Ronaldo "Real"la yeni müqavilə imzalayacaq

13:23 24 İyul 2016

"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo komanda ilə yeni müqavilə imzalayacaq.


Sportarena.az xəbər verir ki, bu barədə  futbolçu özü məlumat verib.

O, "As" qəzetinə açıqlamasında klubun prezidenti Florentino Perezin onunla yeni müqavilə imzalamaq istədiyini bildirib.

"Perez mənimlə telefonda danışdı. Madridə qayıtdıqdan sonra, biz yenə danışacağıq. Təbii ki, mən də komandada qalmaq istəyirəm".

Xatırladaq ki, 31 yaşlı kapitanın "Real"la 2018-ci ilədək müqaviləsi var. Bir müddət öncə futbolçunun "Real"la olan müqaviləsini 2020-ci ilədək uzadacağını və 35 yaşında karyerasını bitirəcəyi barədə məlumat yayılmışdı.


Xəbər xətti