Millimiz Avropa kubokunu 8 medalla başa vurdu

Sportarena.az      24 İyul 2018, 21:18

Çexiyanın paytaxtı Praqa şəhərində gənclər arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub. 


Sportarena.az xəbər verir ki, yarışın sonuncu günü də Azərbaycan millisi üçün uğurlu olub. Gənc cüdoçularımız millimizin aktivinə daha 3 medal yazdırıb.


Təmsilçilərimizdən Aslan Mirzəyev (90 kq) gümüş, Rüfət İsmayılov (81 kq) və Azər Yaqubov (60 kq) bürünc medal qazanıb.


Bununla da, gənc cüdoçularımız mötəbər yarışı 8 medal (1 qızıl, 3 gümüş və 4 bürünc) qazanaraq başa vurub.


Qeyd edək ki, 35 ölkədən 391 idmançının (250 oğlan, 141 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 17 cüdoçu (15 kişi, 2 qadın) ilə təmsil olunurdu.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin