"Birlik kuboku" bağlandı

22:10 24 İyul 2016

Rusiyada hər il ənənəvi olaraq təşkil edilən “Birlik kuboku” bir daha keçirilməyəcək. Offside.com.az sportinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın idman naziri, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko məlumat verib.

O, “Birlik kuboku”nun əhəmiyyətini itirdiyini deyib: “Birlik kuboku” bağlandı. Bu turnir əhəmiyyətini itirib. Ancaq Qranatkinin xatirəsinə həsr olunmuş turniri keçirəcəyik”.

“Birlik kuboku” 1993-cü ildən keçirilirdi. Bu yarışda keçmiş SSRİ-in tərkibinə daxil olan respublikaların çempionları iştirak edirdi. 2012-ci ildən isə turnirdə gənclər və yeniyetmələrdən ibarət yığmalar oynayırdı. Azərbaycanın 3 klubu – “Neftçi”, “Xəzər Lənkəran” və “İnter” bu turnirin qalibi olub.Rusiyada hər il ənənəvi olaraq təşkil edilən “Birlik kuboku” bir daha keçirilməyəcək.

Bu barədə Rusiyanın idman naziri, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko məlumat verib.

O, “Birlik kuboku”nun əhəmiyyətini itirdiyini deyib: “Birlik kuboku” bağlandı. Bu turnir əhəmiyyətini itirib. Ancaq Qranatkinin xatirəsinə həsr olunmuş turniri keçirəcəyik”.

“Birlik kuboku” 1993-cü ildən keçirilirdi. Bu yarışda keçmiş SSRİ-in tərkibinə daxil olan respublikaların çempionları iştirak edirdi. 2012-ci ildən isə turnirdə gənclər və yeniyetmələrdən ibarət yığmalar oynayırdı. Azərbaycanın 3 klubu – “Neftçi”, “Xəzər Lənkəran” və “İnter” bu turnirin qalibi olub.


Digər xəbərlər

Xəbər xətti