Millimiz Avropa çempionatında ikinci oldu

00:52 25 İyul 2016

Kiprin Nikosiya şəhərində yeniyetmə basketbolçular arasında Avropa birinciliyinin C divizonunda mübarizəyə yekun vurulub. 16 yaşadək basketbolçulardan ibarət milli komandamız turnirin finalında meydan sahibləri ilə qarşılaşıb. Gərgin keçən görüş Kipr yığmasının qələbəsi ilə başa çatıb – 62:50. Beləliklə, Azərbaycan millisi Avropa birinciliyində ikinci olub.


Xəbər xətti