"Qarabağ"ın "Viktoriya" ilə səfər matçı canlı yayımlanmaya bilər

10:02 25 İyul 2016

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində iyulun 26-da səfərdə Çexiyanın "Viktoriya" Plzen klubu ilə qarşılaşacaq.
 

Sportarena.az xəbər verir ki, azarkeşlər telekanallarımız vasitəsilə bu matçı canlı izləyə bilməyəcək. Bu barədə məlumat verən komandanın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da hələlik heç bir telekanalın matçın yayımlanması ilə əlaqədar onlara müraciət etmədiyini bildirdi.
 

Qeyd edək ki, II təsnifat mərhələsinin "Düdelanj" - "Qarabağ" matçı da kanallarımız vasitəsilə canlı yayaımlanmamışdır.(sportal.az)


Xəbər xətti