"Kəpəz"in əvəzediciləri birinci divizion klubuna qalib gəldilər

12:50 25 İyul 2016

“Kəpəz”in əvəzedici komandası növbəti yoxlama oyununu keçirib. 

 

Sportarena.az xəbər verir ki, “dubl” səfərdə Şəmkirin eyni adlı komandası ilə qarşılaşıb. 


Yerli Olimpiya İdman Kompleksinin meydançasında keçirilən oyun “sarı-göylər”in minimal hesablı qələbəsi ilə yekunlaşıb – 0:1.
İki günlük istirahətə buraxılan əvəzedicilər iyulun 27-də məşqlərə başlayacaq. Komanda bundan iki gün sonra Qəbələdə “Qarabağ”ın əvəzedici heyəti ilə yoxlama oyununda qüvvəsini sınayacaq.


Digər xəbərlər

Xəbər xətti