"Qarabağ"ın səfər planı məlum oldu

13:04 25 İyul 2016

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Çexiyanın "Viktoriya" Plzenin qonağı olacaq "Qarabağ"ın səfər planı bəlli olub. 
 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün ölkəni tərk edəcək. Komanda saat 15:30-da Çexiyanın Plzen şəhərinə yollanacaq.
 

Qeyd edək ki, "Doosan Arena"da baş tutacaq "Viktoriya" – "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:15-də başlayacaq. 


Xəbər xətti