"Yuventus" 120 milyon avroluq təklifə "yox" dedi

16:58 25 İyul 2016

"Mançester Yunayted"in "Yuventus"un futbolçusu Pol Poqbanı transfer etmək israrı davam edir. 


Mançester təmsilçisi növbəti dəfə "Yuventus"a təklif göndərib. 


Lakin Turin təmsilçisi "Mançester Yunayted"in 120 milyon avroluq təklifini rədd edib. 


Qeyd edək ki, 2012-ci ildən "Yuventus"da çıxış edən fransalı futbolçu 124 oyunda 28 qol vurub.


Xəbər xətti