Millimizin futbolçusu rəsmən Portuqaliya "Sportinq"ində!

17:02 25 İyul 2016

Azərbaycan milli komandası və "Sumqayıt" klubunun futbolçusu Budaq Nəsirov Portuqaliyanın "Sportinq" klubuna keçib. 


Sportarena.az xəbər verir ki, bu barədə yarımmüdafiəçinin meneceri Vaqif Heydərli məlumat verib.

 

O, 20 yaşlı oyunçu ilə 5 illik müqavilənin bağlanıldığını bildirib. Heydərli transferin baş tutmasındakı fədakarlıqları qarşılığında hər iki kluba minnətdarlığını bildirib.


İmzalanma mərasimində futbolçu və meneceri ilə yanaşı, "Sportinq"in prezidenti Brunu de Karvalyo da iştirak edib. Meneceri Nəsirovun əsas komanda ilə birgə məşq edəcəyini və özünü yaxşı tərəfdən göstərəcəyi halda, elə həmin heyətlə də oyunlara çıxacağını bildirib.

 

"Sportinq"in rəsmi saytı isə azərbaycanlı futbolçu ilə sonradan 2021-ci ilədək uzadıla bilməsi şərtilə gələn mövsümün sonunadək müqavilə bağlanıldığını yazıb. Anlaşmaya əsasən, gənc yarımmüdafiəçini almaq istəyən klub 60 milyon avrosundan keçməlidir. 


Qeyd edək ki, Budaq Nəsirov Portuqaliya çempionatına yollanan ikinci azərbaycanlı futbolçu olub. Daha öncə "Xəzər Lənkəran"ın hücumçusu Elnur Cəfərov "Tondela" ilə anlaşıb.(Report)


Digər xəbərlər

Xəbər xətti