"Qarabağ" bəyanat yaydı: Heç bir kanalımız təklif göndərməyib

00:05 26 İyul 2016

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində sabah səfərdə Çexiyanın “Viktoriya Plzen” klubu ilə qarşılaşacaq.

Sportarena.az xəbər verir ki, ötən turda “F91 Düdelanj”la matçda teleyayım olmadığına görə klubumuz təşəbbüsü üzərinə götürərək qarşılaşmanı “youtube” kanalı vasitəsi ilə canlı yayımlamışdı. Lakin bu qarşılaşmada teleyayım olacağına görə, “youtube”dan matçı canlı yayımlamağa rəqib komanda icazə verməyəcək. Hazırda oyunun canlı yayımda verilməsi ilə bağlı heç bir telekanalımız təşəbbüs göstərməyib.

“Viktoriya Plzen” klubundan verilən məlumata görə, Azərbaycandan yayımın icrası ilə bağlı heç bir televiziya kanalından təklif alınmayıb.


Xəbər xətti