Dünya çempionatında 40 komanda iştirak edəcək

10:10 26 İyul 2016

"DÇ-2026"da çıxış edəcək komandaların sayı bəlli olub.


Sportarena.az xəbər verir ki, bu barədə FİFA-nın prezidenti Canni İnfantino məlumat verib.
 

Ali futbol qurumunun rəhbərinin məlumatına görə, 10 il sonra keçiriləcək turnirdə 40 komanda iştirak edəcək. Prezident bu təklifin qüvvəyə minməsi üçün lazımi şəxslərlə görüşəcəyini bildirib.
 

Qeyd edək ki, hazırda dünya çempionatının final mərhələsində 32 komanda mübarizə aparır.


Digər xəbərlər

Xəbər xətti