"Liverpul"un futbolçusu "Stok Siti"də

11:33 26 İyul 2016

"Liverpul" futbolçusu Co Alle karyerasını "Stok Siti"də davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, uelsli yarımmüdafiəçi komanda ilə 5 illik müqavilə imzalayıb. "Liverpul" futbolçunu "Stok Siti"yə 13 milyon funt-sterlinqə satıb

Qeyd edək ki, C.Allen Uels millisi ilə "Avro-2016"da iştirak edib. O, turnirin rəmzi komandasında yer alıb.


Digər xəbərlər

Xəbər xətti