Ramin Musayev: "Çalışacağıq ki, "Qarabağ"ın matçı canlı yayımlansın"

12:51 26 İyul 2016

"Çempionlar Liqasında "Qarabağ"a və Avropa Liqasında "Qəbələ"yə uğurlar arzulayıram. Hər iki komandamıza inanırıq və onlardan uğurlu nəticə gözləyirik".


Sportarena.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

PFL-in prezidenti açıqlamasında "Qarabağ" bugün Çempionlar Liqasının III təsnifat mərhələsində "Viktoriya" iləsəfərdə keçirəcəkləri matçın canlı yayımlanmayacağı ilə bağlı məsələyə də toxunub.

"Bu istiqamətdə iş gedir. Çalışacağıq ki, bu gün "Qarabağ"ın oyunu, iki gün sonra isə "Qəbələ"nin səfər görüşü televiziya vasitəsi ilə canlı nümayiş etdirilsin".


Digər xəbərlər

Xəbər xətti