Maksim Medvedev: "Meydana məğlub olmaq üçün çıxmırıq"

13:32 26 İyul 2016

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" səfərdə son Çexiya çempionu "Viktoriya Plzen"in qonağı olacaq. 


Sportarena.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev oyun haqda fikirlərini bildirib:

"İki il öncə yoxlama matçında "Viktoriya Plzen"lə oynamağımız bir şeyi dəyişmir. Rəqibimiz öz azarkeşləri önündə qələbə qazanmağa çalışacaq. Biz də meydana məğlub olmaq üçün çıxmırıq. Çalışacağıq ki, az səhv edib düzgün oyun göstərək. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik".


Digər xəbərlər

Xəbər xətti