"Viktoriya" - "Qarabağ" oyunu canlı yayımlanacaq!

14:30 26 İyul 2016

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələcək “Viktoriya” – “Qarabağ” matçını azarkeşlər canlı yayımda izləyə biləcək! 

 

Sportarena.az futbolinfo.az-a istinadən xəbər verir ki, qarşılaşma “CBC Sport” kanalı vasitəsi ilə tamaşaçılara təqdim olunacaq. Dünən “CBC Sport”un oyunu göstərmək üçün 6 min avro tələb olunduğunu və bu məbləği ödəyə bilməyəcəkləri barədə xəbər vermişdik. Lakin son anda məsələyə müdaxilə edən AFFA tələb olunan 6 min avronu ödəməyi üzərinə götürüb. Bu barədə rəsmi açıqlama hələ ki, verilməsə də, yaxın saatlarda açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” matçı bu axşam saat 22:15-də start götürəcək.


Xəbər xətti