"Qarabağ" oyunöncəsi son məşqinə çıxdı - FOTOLAR

15:35 26 İyul 2016

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ımız səfərdə son Çexiya çempionu "Viktoriya Plzen"in qonağı olacaq. 


Sportarena.az xəbər verir ki, dünən axşam saatlarında Çexiyaya çatan "Qarabağ" bu gün yerli vaxtla 11:45-də (Bakı vaxtı ilə 13:45) oyunöncəsi son məşqinə çıxıb. Təxminən 40 dəqiqə davam edən hazırlıq prosesində futbolçularımız yüngül məşqlərlə kifayətlənib.


Qeyd edək ki, "Viktoriya Plzen" – "Qarabağ" matçı bu gün saat 22:15-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti