"Viktoriya" - "Qarabağ" matçı canlı yayımlanacaq - RƏSMİ

16:00 26 İyul 2016

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı canlı yayımlanacaq.


Sportarena.az xəbər verir ki, bu barədə "CBC Sport" kanalı məlumat yayıb.


"Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ"ın III təsnifat mərhələsində "Viktoriya" klubu ilə səfər qarşılaşması CBC Sport-la canlı yayımlanacaq. Oyunun yayımı ilə bağlı danışıqlar indi müsbət nəticə verdi".  


Qeyd edək ki, "Viktoriya" – "Qarabağ" matçı bu gün saat 22:15-də start götürəcək. 

Xatırladaq ki, matç saytımız vasitəsilə canlı yayımlanacaq.


Xəbər xətti