Adil Şükürov: "Bizi çox çətin bir mübarizə gözləyir"

16:33 26 İyul 2016

Azərbaycan Premyer Liqasında 2016/2017-ci illər mövsümünün püşkü atılıb. 

Sportarena.az xəbər verir ki, ilk turda "Sumqayıt"ı qəbul edəcək "Zirə" klubunun baş məşqçisi Adil Şükürov püşkün nəticəsi ilə bağlı açıqlama verib: “Düzü, ilk turda hansı komanda ilə qarşılaşacağımızın böyük fərqi yox idi. Premyer Liqadakı komandaların hər biri ilə qarşılaşmaq çətindi. Düşünürəm ki, bu mövsüm əvvəlkilərdən daha gərgin olacaq. Komandaların sayı azalsa da, son mövsümü ilk “8-lik”də bitirənlərdi. Biz bu komandaların bir-birinə qarşı necə oynadığını gördük. “Sumqayıt”ın “Qarabağ”ı məğlub etməsi, “İnter”dən səfərdə xal almasını, bizim “Qəbələ” və “İnter” kimi rəqiblərlə oyunlarımızı nümunə kimi göstərə bilərik. Belə qarşılaşmalar çox oldu ötən mövsüm və qarşıdakı çempionatda daha çox olacağı şübhəsizdi. Bizi çox çətin bir mübarizə gözləyir”. 


“Qartallar” ötən mövsüm “Sumqayıt”a qarşı keçirdiyi 4 oyundan 3-də qələbə qazanmış, birində isə heç-heçə qeydə alınmışdı.


Digər xəbərlər

Xəbər xətti