İquain rəsmən "Yuventus"da

23:15 26 İyul 2016

"Napoli"nin hücumçusu Qonzalo İquain "Yuventus"a transfer olub.


Sportarena.az Turin klubunun rəsmi saytına istinadən xəbər verir ki, "Yuventus" argentinalı futbolçu üçün "Napoli"yə 90 milyon avro ödəyib. Lakin "Yuventus" bu məbləği "Napoli"yə 2 mövsüm ərzində ödəyəcək. 28 yaşlı futbolçu "Yuventus"la 2021-ci ilədək müqavilə imzalayıb. 


Xatırladaq ki, İquain 2013-cü ildə 37 milyon avro qarşılığında "Real"dan "Napoli"yə transfer olub.


Digər xəbərlər

Xəbər xətti