"Qarabağ"da ciddi itki: Aqolli zədələndi

00:16 27 İyul 2016

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində "Viktoriya" ilə qarşılaşmada ciddi itki ilə üzləşib.


Sportarena.az xəbər verir ki, Ağdam klubunun müdafiəçisi Ansi Aqolli matçın 80-ci dəqiqəsində zədələnib. Belə ki, sol ayaq əzələsini dartan müdafiəçi məcburi əvəzlənib.

Onun əvəzinə meydana İlqar Qurbanov daxil olub.

Futbolçunun cavab matçında forma geyinib-geyinməyəcəyi isə hələ ki, məlum deyil.


Digər xəbərlər

Xəbər xətti