"Neftçi" "Şərurspor"la bərabərə qaldı

00:47 27 İyul 2016

“Neftçi”nin əvəzedici komandası təlim-məşq toplanışını davam etdirir. 


Sportarena.az xəbər verir ki, paytaxt klubunun əvəzediciləri hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçiriblər.


Sözügedən komanda “Şərurspor” klubu ilə qarşılaşıb. “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutmuş görüş 2:2 hesabı ilə nəticələnib. "Neftçi"nin heyətində hər iki qolu Ruzigar İbrahimzadə vurub.


Digər xəbərlər

Xəbər xətti