"Qaradağ Lökbatan" "Səbail"ə qalib gəldi

15:32 27 İyul 2016

Futbol üzrə Azərbaycan birinci divizionunda mübarizə aparan "Qaradağ Lökbatan” komandası 2016-2017-ci il mövsümünə hazırlıqları davam etdirir.


Ötən mövsümü ikinci yerdə başa vuran komanda “Səbail” klubu ilə yoldaşlıq oyunu keçirib. Bayıl stadionunda təşkil olunan qarşılaşma “Qaradağ Lökbatan”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.


Lökbatan təmsilçisinin heyətində Rüfət Məmmədov dubl edib, Elgün Abbaslı və Emin Mustafayev isə hərəyə bir dəfə fərqləniblər.


Digər xəbərlər

Xəbər xətti