Pato rəsmən La Liqada

23:52 27 İyul 2016

Bir zamalar gələcəyi parlaq görünən, sonradan isə aldığı zədələrə görə istədiyi oyunu göstərə bilməyən brazilyalı hücumçu Aleşandro Pato bundan sonra La Liqada çıxış edəcək.

26 yaşlı futbolçu karyerasını “Vilyareal” klubunda davam etdirəcək. Son mövsümü icarə əsasında Londonun “Çelsi” klubunda keçirən “Korintians”a məxsus futbolçu üçün ispanlar qarşı tərəfə 3 milyon avro ödəyəcək.

Qeyd edək ki, futbolçunun rəsmi təqdimetmə mərasimi avqustun 1-ində keçiriləcək.


Xəbər xətti