"Qarabağ" - "Viktoriya" matçının biletləri nə zaman satışa çıxır?

14:13 28 İyul 2016

Çempionlar Liqasının III təsnifat mərhələsinin cvab görüşü çərçivəsində keçiriləcək "Qarabağ" - "Viktoriya" matçının biletləri satışa çıxarılacaq. 

Sportarena.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, azarkeşlər bu qarşılaşmanın biletlərini iyulun 30-u, saat 12:00-dan etibarən Respublika stadionunun kassalarından əldə edə bilər. 

Avqustun 2-də keçiriləcək oyun saat 20:30-da başlayacaq. 

Qeyd edək ki, bu komandalar arasında Çexiyada keçirilən ilk oyunda qapılara qol vurulmayıb.


Xəbər xətti