"Barselona" Arda məsələsinə aydınlıq gətirdi: Satmırıq

16:44 28 İyul 2016

“Barselona” Arda Turanı satacaqları iddialarına münasibət bildirib.

Klubun nümayəndəsi Roberto Fernandes türk yarımmüdafiəçini satmağı düşünmədiklərini deyib:

“Arda çətin mövsümü geridə qoydu. Hamımız bilirik ki, o, əvvəlki illərdə daha yaxşı oynayırdı. Ardanın “Atletiko”dakı kimi oynamağını gözləyirik. Onu satmağı heç vaxt düşünməmişik. Çünki komandanın önəmli futbolçularından biridir”.


Xəbər xətti