Millimizin futbolçusu məşhur İngiltərə klubunda

17:07 28 İyul 2016

Futbol üzrə Azərbaycan millisinin üzvü Eddi İsrafilovun yeni iş yeri müəyyənləşib. 

Yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirəcək.

Belə ki, o, Çempionşip təmsilçisi "Fulhem"lə anlaşıb. Qarşıdakı günlərdə İsrafilovun transferinin klub tərəfindən rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, Eddi İsrafilov indiyədək İspaniyanın "Real Mursiya", "Qranada", "Eybar" və "Kordoba" klublarında çızış edib.

1979-cu ildə yaradılan "Fulhem" klubu uzun illər Premyer Liqada çıxış edib. 2008/09 mövsümündə 7-ci pilləni tutaran tarixində ilk dəfə Avropa Liqasına çıxan komanda 2009/10 mövsümündə turnirin finalına çıxıb və həlledici matçda "Atletiko"ya uduzub. Bununla da "Fulhem" Avropa Liqasına qatıldığı ilk mövsümdə finala çıxan iki komandadan biri kimi tarixə düşüb. 

Komandanın baş məşqçisi Slavişa Yokanoviç Yuqoslaviya millisinin, kapitan Skott Parker İngiltərə millisinin sabiq üzvüdü. "Fulhem"in heyətində Bolqarıstan, Finlandiya, Uels, Şotlandiya, Çexiya, Nigeriya, Toqo və ABŞ millilərinin hazırkı, həmçinin İngiltərənin aşağı yaş qrupları üzrə yığma komandalarının sabiq üzvləri çıxış edir.

///Fanat.az


Digər xəbərlər

Xəbər xətti