"Lill"in baş məşqçisi: "Bakıdakı oyunda daha hazırlıqlı olacağıq"

00:09 29 İyul 2016

"Komandada çətinliklər var idi. Erkən qol buraxmağımız pis oldu. Bakıdakı oyunda daha hazırlıqlı olacağıq". 

Bu sözləri "Lill"in baş məşqçisi Frederik Antonetti Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda evdə "Qəbələ" ilə bərabərə qaldıqları matçdan (1:1) sonra deyib. 

Antonetti komandasının mərhələ keçmək şansının 50-nin 50-yə olduğunu bildirib: "Cavab oyunu barədə nəsə demək çətindir. İnanıram ki, mərhələni adlayacağıq. Çox hücum etdik, ancaq bu fürsətlərin hamısından istifadə edə bilmədik. "Qəbələ" təcrübəli komandadır. Mərhələ adlamaq şansımız 50/50-dir". 

Komandasının əsas hücumçusu Ederin də durumuna aydınlıq gətirən Antonetti bunları deyib: "Eder cavab oyunu üçün Bakıya gedəcək heyətdə ola bilər. Amma yüz faiz deyə bilmərəm ki, cavab görüşündə meydana çıxacaq, ya yox".(qol.az)


Digər xəbərlər

Xəbər xətti