"CBC Sport"dan yayımın kəsilməsi ilə bağlı açıqlama

00:30 29 İyul 2016

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Lill" - "Qəbələ" matçının (1:1) yayımı 86-cı dəqiqədə dayanıb. 

Oyunu canlı yayımlayan "CBC Sport" telekanalı bununla bağlı açıqlama yayıb. 

Açıqlamada deyilir: "Hörmətli "CBC Sport" tamaşaçıları, bizdən asılı olmayan səbəblərə görə "Lill" - "Qəbələ" oyununun yayımı 86-cı dəqiqədə dayandı.

Fransalı həmkarlarımızın Lill şəhərindən ötürdüyü siqnalda texniki problemlər yarandığı üçün matçı sonadək təqdim edə bilmədik. 

Buna görə, sizdən üzr istəyirik. Ancaq Fransa tərəfi ilə danışıqlardan sonra sabah bütünlükdə oyunun yayımını təqdim etməyə çalışacağıq".


Digər xəbərlər

Xəbər xətti