"Qarabağ"ın matçı türkiyəli hakimlərə tapşırıldı

10:50 29 İyul 2016

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" – "Viktorya" matçını idarə edəcək hakimlər müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, avqustun 2-də keçiriləcək qarşılaşmanı türkiyəli hakimlər idərə edəcək. Matçın baş hakimi Hüseyn Göçek olacaq. Ona bu işdə həmyerliləri  Mustafa Əmrə Eyisoy, Kemal Yılmaz və Barış Şimşək kömək edəcək.
 

Çempionlar Liqası
20:30. “Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Çexiya)
Baş hakim:
Hüseyin Göçek
Baş hakimin köməkçiləri: Mustafa Əmrə Eyisoy, Kemal Yılmaz
Dördüncü hakim: Bariş Şimşek (hamısı Türkiyə)
Hakim-inspektor: İqor Satkii (Moldova) 
UEFA nümayəndəsi: Andreas Akkelides (Kipr)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


Xəbər xətti