Teo Uiks: "Qarşıdakı oyunlarda yenə qollar gözləməyə dəyər"

13:52 29 İyul 2016

“Çox çətin oyun oldu. Qələbə qazanmaq istəyirdik. Amma burdan 1:1 hesablı heç-heçə ilə ayrılırıq”.


Sportarena.az xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun hücumçusu Teo Uiks deyib.
 

Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununa çıxan “Qəbələ” səfərdə “Lill” klubunun qonağı olub. Fransanın tarixi klubu ilə dueldə hesabı açan təmsilçimiz fasilədən sonra üstünlüyünü əldən versə də, cavab oyunuöncəsi sərfəli nəticə qazanıb. Oyunla bağlı danışan “Qəbələ”nin cari avrokubok oyunlarındakı bombardiri birinci hissədə qaçırdığı epizoda da toxunub: “Bu bir şans idi. Amma istifadə edə bilmədim, qaçırdım. Razıyam, vursaydım, oyun başqa hesabla bitəcəkdi. Buna baxmayaraq, özümü xoşbəxt hiss edirəm. Çünki burdan yaxşı nəticə ilə dönürük”.
 

Futbolçu ikinci hissədə oyunlarının istədikləri kimi alınmamasına da aydınlıq gətirib: “Çünki rəqib evdə oynayırdı. Motivasiyaları var. İstəyirdilər ki, nəticəni xeyirlərinə dəyişsinlər. Yenə deyirəm, bu nəticə bizim üçün yaxşıdı”.
 

Mövsümə yaxşı başlayan hücumçudan qarşıdakı oyunlarda da qol gözləmək lazımdı. Çünki Uiks özü belə deyib: “Əlbəttə, belə başlanğıc yaxşı motivasiyadı mənim üçün. Ona görə də qarşıdakı oyunlarda yenə qollar gözləməyə dəyər. Üzərimdə təzyiq hiss etmirəm”.
 

Sonda hücumçu cavab oyunu haqda da danışıb. O, mərhələ adlamaq üçün əllərindən gələnin ən yaaxşısını etməyə çalışacaqlarını vurğulayıb: “Doğma meydanda oynayacağıq. Ona görə də mütləq qələbə qazanmalıyıq”.(apasport.az)


Xəbər xətti