"Fənərbaxça"nın cavab oyununun fit sahibi bəlli oldu

00:10 30 İyul 2016

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Monako" - "Fənərbaxça" oyunu üçün hakim təyinatları açıqlanıb.

Qarşılaşmanı Portuqaliya hakimi Artur Manuel Ribeiro Soares idarə edəcək. Ona Rui Lisino Barbosa Tavares və Bruno Migel Kampos Rodriqes köməklik edəcək. Dördüncü hakim funksiyasını Tiaqo Bruna Lopes Martins yerinə yetirəcək.

Qeyd edək ki, "Monako" - "Fənərbaxça" oyunu avqustun 3-ü keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti