İdmançımız Çində uğur qazandı

00:31 30 İyul 2016

Çin Xalq Respublikasında Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Qinghai Lake" yürüşü sona yaxınlaşmaq üzrədir. Mötəbər yarışın fərdi ötüşmədən ibarət 12-ci mərhələsi Azərbaycanın "Synergy Baku" klubu üçün uğurlu nəticə ilə yadda qalıb. Belə ki, komandamızın üzvü Matey Müqerli 22.6 km-dən ibarət marşrutu 2-ci pillədə başa vurub.

Məsafəni 28 dəqiqə, 51 saniyəyə qət edən velosipedçimiz bununla da yarış ərzində 2-ci dəfə fəxri kürsüyə qalxıb. Xatırladaq ki, Matey Müqerli 4-ci mərhələni də 2-ci pillədə tamamlamışdı. 12-ci mərhələdəki uğurlu çıxışı velosipedçimizə ümumi təsnifatda 2 pillə irəliləməklə 2-ci yerə qalxmağa imkan verib. İndi o yarış lideri, Ukraynanın "Kolss" komandasının üzvü Sergey Laqkutidən 37 saniyə geri qalır.

Sabah "Tour of Qinghai Lake" yarışında sonuncu - 13-cü mərhələ keçiriləcək. Əgər Matey Müqerli 95 km-lik bu mərhələdə də uğurla çıxış edərsə, o zaman ümumi təsnifatın qalibi ola bilər.


Digər xəbərlər

Xəbər xətti