"Qəbələ" - "Lill" matçını qonşu ölkənin hakimləri idarə edəcək

11:39 30 İyul 2016

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qəbələ" - "Lill" matçının hakimləri müəyyənləşib.


Sportarena.az xəbər verir ki, qarşılaşmanı rusiyalı hakimlər briqadası idarə edəcək. Belə ki, matçın baş hakimi Aleksey Eskov olacaq. Bu işdə ona Dmitri Mosiakin və İqor Demeşko köməklik edəcək. Dördüncü hakim funksiyasını Vladimir Moskalev yerinə yetirəcək.


Qeyd edək ki, "Qəbələ" - "Lill" oyunu avqustun 4-ü keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti