Sportarena.az
19 Yanvar 2017

"Qəbələ"nin boksçusu peşəkar rinqdə ilk döyüşünü rus idmançıya qarşı keçirəcək

12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək. 


Sportarena.az xəbər verir ki, təmsilçimiz iyulun 31-də Latviyanın paytaxtı Riqada təşkil olunan boks gecəsində debüt edəcək. 


İdmançımız 5 min tamaşaçı tutan “Riqa Arena”da keçiriləcək peşəkarların 7 döyüşündən birinin iştirakçısı olacaq. Ağır çəki dərəcəsində çıxış edəcək 30 yaşlı idmançımız rusiyalı Vladimir Qonçarovla qarşılaşacaq. 


Öncədən Atakişiyevin latviyalı Kristap Breydislə görüşməsi nəzərdə tutulsa da, sonradan təşkilatçılar boksçumuzun rəqibini dəyişib. Onun rusiyalı rəqibi karyerasında 8 peşəkar döyüş keçirib və bunların 5-də qalib gəlib. Üç məğlubiyyəti olan 31 yaşlı Qonçarov peşəkar rinqdə 39 raund döyüşüb.

Tarix
30.07.16 [17:17]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

19 Yanvar
18 Yanvar 

Facebook

Sorğu

Hansı futbolçumuz daha yaxşı legioner həyatı yaşayır?
 Kamran Ağayev
 Emin Mahmudov
 Eddi İsrafilov
 Dmitri Nazarov
 Deniz Yılmaz
 Tuğrul Erat

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio