"Fənərbaxça" 10 nömrə axtarışını davam etdirir

23:28 30 İyul 2016

Dieqonun gedişindən sonra “10 nömrə” axtarılşarını davam etdirən İstanbulun “Fənərbağça” klubunun son duracağı fransalı ulduz futbolçu Matyö Valbuena olub.

Hazırda “Olimpik” Lyonun şərəfini qoruyan futbolçu İstanbul təmsilçisinə keçməyə yaxındır.

“Olimpik” Lyonunun prezidenti isə Valbuena üçün “Fənərbağça” təmsilçiləri ilə görüşdüklərini təsdiq edib. O, gələn həftə “Fənərbağça”ilə yoldaşlıq görüşülərinin olduğunu və həmin ərəfədə bu məsələni geniş müzakirə edəcəklərini açıqlayıb.

“Fənərbağça” tərəfindən isə 32 yaşlı futbolçunun transfer olunması cəhdləri barədə dəqiq bir məlumat yayılmayıb.


Xəbər xətti