"Qəbələ" - "Lill" matçının biletlərinin qiyməti və satışa çıxarılacağı vaxt müəyyənləşdi

13:33 31 İyul 2016

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qəbələ" – “Lill” (Fransa) matçının biletləri sabah – avqustun 1-dən satışa çıxarılacaq. 


Sportarena.az xəbər verir ki, biletləri saat 15:00-dan etibarən 2 satış nöqtəsindən - oyunun keçiriləcəyi "Bakcell Arena"nın və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq olar.


Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır. 


Xatırladaq ki, avqustun 4-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" – “Lill” qarşılaşması saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti