"Qarabağ" - "Viktoriya" matçına nə qədər bilet satılıb?

14:04 1 Avqust 2016

“Qarabağ” sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşünə çıxacaq.


Sportarena.az xəbər verir ki, səfərdə heç-heçə etdiyi Çexiya “Viktoriya”sı ilə qarşılaşacaq "Qarabağ" klubu biletlərin satışını davam etdirir.  Artıq matç üçün 18 min bilet satılıb.


Qeyd edək ki, “Qarabağ” – “Viktoriya” matçı saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.


Digər xəbərlər

Xəbər xətti