Əvvəlcə Antonetti, sonra Qriqorçuk

15:50 1 Avqust 2016

“Qəbələ” Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 4-də “Lill”i qəbul edəcək. 


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandaların baş məşqçilərinin oyunöncəsi mətbuat konfransının vaxtı məlum olub.

 
Mətbuat konfransları oyundan bir gün əvvəl - avqustun 3-də saat 19:30-da arenanın media zalında start götürəcək. İlk olaraq, jurnalistlərin önünə “Lill”in baş məşqçisi Frederik Antonetti çıxacaq.
 

20:30-da isə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq.

 
Komandaların oyunöncəsi son məşqi də “Bakcell Arena”da baş tutacaq. “Lill” saat 20:00-da, “Qəbələ” isə 21:00-da hazırlıqlarını tamamlayacaq.


Digər xəbərlər

Xəbər xətti