"Yuventus" Poqbanın əvəzləyicisini tapdı

17:37 1 Avqust 2016

PSJ-nin yarımmüdafiəçisi Marko Veratti "Yuventus"da Pol Poqbanı əvəzləyə bilər. 


Sportarena.az xəbər verir ki, Poqbanın "Mançester Yunayted"ə keçidindən sonra "Yuventus" Verattini heyətinə qatacaq. 

Məlumata görə artıq Turin klubu 23 yaşlı futbolçunun  agenti Donato di Kampl ilə görüşlərə başlayıb. 


Verattinin qiyməti təxminən 50 milyon avro dəyərində hesablanır.


Qeyd edək ki, italiyalı futbolçu son mövsüm PSJ-nin heyətində 18 oyuna çıxıb və 3 qol ötürməsi edib.


Xəbər xətti