Superkubok oyunu yaxınlaşdıqca, "Real"da itkilər artır

00:29 2 Avqust 2016

Avqustun 9-u  UEFA Superkuboku matçında “Sevilya” ilə qarşılaşacaq olan “Real” Madrid klubunda itkilər artır.

Sportarena.az xəbər verir ki,  Qaret Beyl, Toni Kroos, Pepe və Kriştiano Ronaldonun fbu matçda oynamayacağı dəqiqləşib. Ronaldonun zədəli olmasından başqa digər futbolçularda səbəb bu oyunçulara əlavə istirahətin verilməsidir. Bundan başqa İsko və Keylor Navasın da zədələri davam edir və bu vəziyyət rəhbərliyi narahat edir.


Digər xəbərlər

Xəbər xətti