Hakimlərimizdən biyabırçı səhv: Azərbaycan bayrağı tərsinə asıldı

12:54 2 Avqust 2016

Bu gün AFFA-nın saytında hakimlərimizin Bolqarıstan keçirilən təlim-məşq toplanışından növbəti fotoreportaj yerləşdirilib. Fotolardan biri xüsusi diqqətimizi çəkdi.
 

Sportarena.az xəbər verir ki, hakimlərimiz qaldıqları otelin eyvanından Azərbaycan bayrağını asıblar. Bunu müsbət hal kimi qiymətləndirmək olar. Lakin məsələ ondadır ki, ədalət qoruyucuları bayrağımızı səhv asıblar. Çünki bayrağın göy hissəsi sağdan yox, soldan olmalıdır. Nazirlər Kabineti 2005-ci il 25 mart tarixli 55  nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edib. Qaydalara edilən əlavəyə əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, Dövlət bayrağının mavi zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir.Yaxşı olardı ki, növbəti dəfə hakimlərimiz bayraq məsələsində diqqətli olsunlar. Üçrəngli dövlət bayrağımız qürur mənbəyimizdir. Bu bayrağa dərin hörmət və ehtiram hissi ilə yanaşdığımız kimi, ondan istifadə qaydalarına da ciddi əməl etməliyik. (Futbolxeber.az)


Digər xəbərlər

Xəbər xətti