Boatenq İspaniya klubunda

16:59 2 Avqust 2016

"Milan"ın keçmiş futbolçusu Kevin Prins Boatenqin yeni klubu müəyyənləşib.


Sportarena.az xəbər verir ki, futbolçu karyerasını İspaniyada davam etdirəcək. Belə ki, Qana millisinin sabiq futbolçusu La Liqa təmsilçisi  "Las Palmas” klubuna keçib. 29 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
 

Qeyd edək ki, Boatenq  "Herta”, "Borussiya”, "Tottenhem” və "Şalke” kimi komandalarda çıxış edib. 


Xəbər xətti