Maksim Medvedev üçün əlamətdar oyun

17:58 2 Avqust 2016

Bu gün Çempionlar Liqasının III mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Viktoriya" matçı Ağdam təmsilçisinin futbolçusu Maksim Medvedev üçün əlamətdar olacaq.

 

Sportarena.az xəbər verir ki, 2007-ci ildən "Qarabağ"ın şərəfini qoruyan futbolçu bu gün Ağdam klubunun forması ilə 300-cü rəsmi matçına çıxacaq. İndiyədək "Qarabağ" forması ilə 299 matçda iştirak edən müdafiəçi 7 dəfə rəqib qapılarına qol vurmağı bacarıb.


Xatırladaq ki, futbolçu "Qarabağ" klubunun heyətində Çempionlar Liqasında 7 görüşdə, Avropa Liqasında isə 40 görüşdə iştirak edib.


Digər xəbərlər

Xəbər xətti