Qurban Qurbanov: "Bu oyunu yaddan çıxarmaq çətin olacaq"

22:45 2 Avqust 2016

"Uşaqlar çox əziyyət çəkdilər. Çoxdandı stadionda belə ab-hava da yox idi. Şükürlər olsun, futbolçular bu gün yaxşı mübarizə apardılar.  Nə demək olar? Bu gün qismətimizdə qələbə qazanmaq yox idi. Komandadan, hər bir futbolçudan razı qaldım" 

Sportarena.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda "Viktoriya" ilə 1:1-lik bərabərlikdən sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib:

 "Əlbəttə, çatışmazlıqlar var. Düşünürəm ki, əlimizdə olan materiallardan maksimum yararlanmalıyıq. Bu oyunu yaddan çıxarmaq çətin olacaq. Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün çox böyük şans idi. Çalışıb bu oyunu yaddan çıxarmalı, Avropa Liqasına hazırlaşmaq lazımdı".


Digər xəbərlər

Xəbər xətti