"Napoli"dən növbəti transfer

17:55 3 Avqust 2016

İtaliyanın "Napoli" klubu növbəti transferini reallaşdırıb. 


Sportarena.az xəbər verir ki, "Ayaks"ın hücumçusu Arkadiuş Miliklə anlaşıb. Polşa millisinin forvardı "Napoli" ilə 5 illik müqavilə imzalayıb. "Napoli" futbolçu üçün "Ayaks"a 25 milyon avro ödəyib.


Qeyd edək ki, 22 yaşlı futbolçu ötən mövsüm Hollandiya çempionatında 31 oyunda 21 qol vurub. 


Xəbər xətti