Qriqorçuk iddialı danışdı: "Biz həmişə 5:0 ya da 6:0 qalib gəlmək istəyirik"

22:44 3 Avqust 2016

Sabah Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qəbələ" doğma meydanda "Lill" klubu ilə qarşılaşacaq.
Oyundan öncə keçirilən mətbuat konfransında "Qəbələ" komandasının baş məşqçisi Roman Qriqorçuk bunları deyib:
"Sabahkı oyunun nəticəsi bizim necə hücum etməyimizdən aslı olacaq. Hər məşqçinin arzusudur ki, heyətini daim gücləndirsin. İstədiyimiz hücumçunu hələ ki, ala bilməmişik. Yarımmüdafiə xəttini daha da gücləndirə bilərdik, təəssüf ki, qənaətli büdcə buna imkan vermir. Biz həmin mövqedəki oyunçularımıza güvənirik. Üstünlüyümüz əks-hücum deyil, mövqe futboluna üstünlük veririk. Daim hücum oynamağa çalışırıq. Mən karyeram ərzində futbolçulara heç vaxt “A” və ya “B” variantımız var deməmişəm. Sadəcə bütün ehtimalları nəzərə alıb oyunu müzakirə etmişik.
Ederin səviyyəsinə hamımız bələdik. Başqa təhlükəli oyunçuları da var. Ederə görə oyunumuzu dəyişməyə ehtiyac yoxdur.
Viktor Mendinin videosu haqqında eşitdim amma hələ ki, o görüntülərə baxmamışam. Mendi ilə işlədiyimə görə, çox şadam. Dəstəyinə görə sağolsun.
“Lill”in cinahdan üstünlük quracağını düşünmürəm. Yüksək sürətə malik futbolçuları var. “Qarabağ”ın oyunu məşq saatımızı düşdüyü üçün bütün oyunu izləyə bilməmişəm. Ağdam klubunun rəhbərliyinə, məşqçisinə hər birinə ən xoş sözlərimi deyə bilərəm. Belə bir zamanda onlara dəstək ola bilərəm. Məşqçilərlə ünsiyyət qurmağa çalışıram. Hər bir hadisəni anında analiz edib şərh edirəm. Bu mənim xarakterimdir. Köməkçilərim hazırda işlə məşğul deyillər. Hər biri öz işiylə məşğuldur.
Bir ay ərzində maksimum nəticə əldə etdiyimizi desək yalan olar. Komanda hər gün nəsə öyrənir, inkişaf edir.
Biz həmişə 5:0 ya da 6:0 qalib gəlmək istəyirik. Rəqiblərimiz dəyişsə də, arzularımız eynidir. Hazırda tapşırıq “Lill”i keçməkdir. Bu mərhələni keçdikdən sonra nəsə haqqında düşünmək olar”.
 

 


Digər xəbərlər

Xəbər xətti