Şeydayev oynadı, "Trabzonspor" qələbə qazandı

12:55 5 Avqust 2016

Azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" klubu daha bir yoxlama oyunu keçirib.


Sportarena.az xəbər verir ki, futbolçumuzun komandası Macarıstandakı hazırlıq prosesi çərçivəsindəki növbəti matçını da yerli komandaya - "Dyirmot"a qarşı keçirib.


Matç 2:0 hesabı ilə "Trabzonspor"un xeyrinə başa çatıb. Ramil matçın 66-cı dəqiqəsində meydana çıxıb.


Digər xəbərlər

Xəbər xətti