FİFA Emin Mahmudovla bağlı qərarını açıqladı

14:19 5 Avqust 2016

FIFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçu Emin Mahmudovla bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib.

 

Sportarena.az xəbər verir ki, qərara əsasən, AFFA və futbolçu Emin Mahmudovun assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunub::


1. AFFA və futbolçu Emin Mahmudovun assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun.


2. Futbolçu Emin Mahmudova bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilsin.
FIFA bu barədə UEFA və Rusiya Futbol İttifaqını da məlumatlandırı.


Xəbər xətti